...

Belarus Azərbaycanla dostluq və əməkdaşlığa dair razılaşmanı ratifikasiya edib

Siyasət Materials 16 Noyabr 2007 18:01 (UTC +04:00)
Belarus Azərbaycanla dostluq və əməkdaşlığa dair razılaşmanı ratifikasiya edib

Belarus parlamenti cümə günü Belarus və Azərbaycan arasında Dostluq və Əməkdaşlığa dair Razılaşmanı ratifikasiya edib. İTAR-TASS-ın verdiyi məlumatda belə deyilir. Sənədi deputatlara təqdim edən xarici işlər nazirinin birinci müavini Vasili Puqaçov deyib ki, cari ilin mayında imzalanan razılaşma iki ölkə arasında suveren bərabərlik, insan hüquqlarına hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan əlaqələr üçün hüquqi əsas yaratmağı nəzərdə tutur.

Puqaçovun sözlərinə görə, "Azərbaycan Belarusla siyasi, ticari-iqtisadi əməkdaşlığın inkişafına səy göstərir, respublikanı beynəlxalq arenada dəstəkləyir".

Nazir müavininin verdiyi məlumata görə, ötən il Belarus və Azərbaycan arasında ticarət dövriyyəsi, 2005-ci illə müqayisədə 24% artaraq, 36 mln. dollar təşkil edib, bu göstərici 2007-ci ilin yanvar-sentyabr ayları ərzində 62 mln. dolllardan çox olub.

Puqaçov qeyd edib ki, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinə Azərbaycana kənd təsərrüfatı texnikasının çatdırılması, birgə traktor və avtomobil istrehsalı daxildir. Belarusu Azərbaycanla əməkdaşqlıqda yanacaq-energetika sahəsi daha çox maraqlandırır.

Xəbər lenti

Xəbər lenti