...

Bakıda tanınmamış Çeçen Respublikası daimi nümayəndəliyinin işçisi öldürülüb

Siyasət Materials 19 Noyabr 2007 08:29 (UTC +04:00)

Ötən gecə Bakıda əvvəllər tanınmamış Çeçen Respublikasının Azərbaycandakı keçmiş daimi nümayəndəsi Asayevin müavini işləmiş 42 yaşlı İmran Qazıyev yaşadığı evin yaxınlığında öldürülüb. Ona səsboğan qurğusu olan tapançadan daraqdakı bütün güllələr atılmışdır. Qatil silahı cinayət yerindən bir qədər kənarda tullayıb. Bu barədə ANS televiziyası xəbər verir.

İ.Qazıyev son vaxtlar nümayəndəlikdə humanitar məsələlərə baxırdı.

Xəbər lenti

Xəbər lenti