...

Ədalət Partiyası prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakını mümkün saymır

Siyasət Materials 19 Noyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyası prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakını mümkün saymır. "Müxalifət daxilində iddialılar çox olduğundan, prezident seçkilərində vahid namizəd mümkün olmayacaq" bazar ertəsi Trend ə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.

Azərbaycanda prezident seçkiləri gələn il oktyabrın 15-də keçiriləcək. Müxalifət partiyaları seçkilərə vahid namizədlə getmək arzusunda olsalar da, bu hələlik baş tutmayıb. Azərbaycanın 3 müxalifət -Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının cəmləşdiyi "Azadlıq" bloku seçkiləri boykot edib. Blok hesab edir ki, seçki qanunvericiliyi təkmilləşdirilməsə, seçki komissiyaları paritet əsasda formalaşmasa, demokratik seçkinin keçirilməsi mümkün deyil.

Rəhimli deyib ki, müxalifətin seçkilərə vahid namizədlə qatıla bilməməsinin əsas səbəbi müxalifət daxilində pərakəndəliyin olmasıdır. "Müxalifət partiyalarının əksəriyyəti fəaliyyətləri zamanı düzgün taktika qurmadığından zəifləyib" Rəhimli əlavə edib.

Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə Azərbaycan Demokratik Partiyasına (ADP) birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti