Azərbaycan, Bakı / Trend , müxbar E.Hüseynli/ Azərbaycanda insan alverilə məşğul olan iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə axşamı jurnalistlərə bildiriblər ki, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Adilə Musayeva həmyerlisi Rəna Ələkbərova ilə cinayət əlaqəsinə girərək, qadınları Hindistana aparıb, cinsi istismara məruz qoyması faktı aşkarlanıb və hər ikisi tutulub.
Faktla bağlı cinayət işi açılıb.