...

Azərbaycanın XİN rəhbəri Riqada keçiriləcək konfransda iştirak edəcək

Siyasət Materials 23 Noyabr 2007 01:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Riqada keçiriləcək "Baltikyanı ölkələr və Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti" Beynəlxalq konfransında iştirak edəcək.

Latviya Xairci İşlər Nazirliyinin və Avropa Komissiyası Latviya nümayəndəliyinin vasitəçiliyi ilə keçiriləcək konfransın məqsədi Avropa Qonşuluq Siyasətinin Baltikyanı dövlətlərdə rolunun artırılması, Aralıq dənizi ölkələri ilə təcrübə mübadiləsidir.

Konfransda 30 ölkədən 200-dən çox siyasi xadimin, hər üç Baltikyanı ölkənin -- Latviya, Litva və Estoniya spikerləri, eləcə də, Estoniya və Litvanın XİN rəhbərləri iştirak edəcəklər. Ermənistan, Gürcüstan, Belarus və Moldova də konfransda xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar.

Konfransda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Qonşuluq Siyasətinin koordinasiya direktoru Rutqer Viselsa və Avropa parlamentinin vitse-prezidenti Diana Volisin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti