...

Bakının prokurorluq orqanlarında yoxlamalara başlanılıb

Siyasət Materials 24 Noyabr 2007 14:49 (UTC +04:00)
Bakının prokurorluq orqanlarında yoxlamalara başlanılıb

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Bakının üç rayonunun prokurorluğunda Baş Prokurorluq kompleks yoxlamalara başlayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin şənbə günü Trend ə verdiyi məlumata görə, Nəsimi, Xətai və Suraxanı rayon prokurorlarının 5 illik səlahiyyət müddətləri başa çatdığından Baş Prokurorluq həmin rayonların prokurorlarının fəaliyyətini araşdırır.

Azərbaycan qanunvericiliyinə görə, rayon prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar.

Mənbə bildirib ki, yaxın günlərdə yoxlamalar yekunlaşacaq və prokurorların digər rayon prokurorluğuna təyinatı məsələsi həll olunacaq.

Nəsimi rayon prokuroru Aqşin Ziyadov, Suraxanı rayon prokuroru Yusif İldırımzadə və Xətai rayon prokuroru Rəfael Əliyev 2002-ci ildə baş prokurorun əmri ilə adıçəkilən rayonlara prokuror təyin olunublar.

Yoxlamalarla bağlı Baş Prokurorluqdan ətraflı məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti