...

Neftin qiymətinin qalxması Azərbaycanın hərbi xərclərinin yenidən artırılmasına imkan verir -nazir

Siyasət Materials 30 Noyabr 2007 17:52 (UTC +04:00)
Neftin qiymətinin qalxması Azərbaycanın hərbi xərclərinin yenidən artırılmasına imkan verir -nazir

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Dünya bazarlarında neftin qiymətinin qalxması Azərbaycanın 2008-ci il üçün nəzərdə tutulan hərbi xərclərinin yenidən artırılmasına imkan verir. Bu barədə cümə günü Milli Məclisdə, 2008-ci ilin dövlət büdcəsi müzakirə olunarkən, maliyyə naziri Samir Şərifov məlumat verib.

Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsindən hərbi xərclər üçün 1 milyard 200 milyon manat vəsait ayrılıb. 2008-ci ilin dövlət büdcəsi 7,393 milyard manat təşkil edir.

Hazırda dünya bazarlarında bir barel neftin qiyməti 95 dollardır. Ekspertlərin fikrincə, 2008-ci ildə neftin bir barelinin qiyməti 75 dolardan aşağı düşməyəcək.

"Azərbaycanın 2008-ci ilin dövlət büdcəsində neftin bir bareli 50 ABŞ dollarına hesablanıb. Dünya bazarında neftin qiyməti artır və beynəlxalq bazarlarda mövcud olan vəziyyəti nəzərə alsaq, demək olar ki, Azərbaycanın dövlət büdcəsinin kifayət qədər əlavə gəlir əldə etmək imkanı var. Bu gəlirlərdən hərbi qulluqçuların məvacibinin artırılması üçün istifadə oluna bilər", -deyə nazir əlavə edib.

Dövlət büdcəsinin əlavə gəlir əldə edilməsi imkanları var.

Şərifov bildirib ki, hərbi xərclərin və hərbi qulluqçuların məvaciblərinin artırılması məsələsi prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti