...

Azərbaycanlıların Yaxın Şərq Korqresi türk dünyasının Azərbaycan və Türkiyənin maraqlarını müdafiə etməyə hazır olan həqiqi lobbisidir- Türkiyənin İsraildəki səfiri

Siyasət Materials 3 Dekabr 2007 18:23 (UTC +04:00)
Azərbaycanlıların Yaxın Şərq Korqresi türk dünyasının Azərbaycan və Türkiyənin maraqlarını müdafiə etməyə hazır olan həqiqi lobbisidir- Türkiyənin İsraildəki səfiri

İsrail, Qüds / Trend , müxbir R.Abdullayev/ Türkiyənin İsraildəki səfirliyi bütün diaspor layihələrini, eləcə də, təşəbbüskarı Azərbaycanlıların Yaxın Şərq Korqresi olan humanitar və mədəni xarakterli proqramları dəstəkləmək və istənilən yardımı göstərmək niyyətindədir. Bu barədə dünən Türkiyənin İsraildəki səfiri Namiq Tan Azərbaycanlıların Yaxın Şərq Korqresinin sədri ilə Təl-Əvivdə keçirilən görüşündə bildirib.

İkitərəfli Azərbaycan-Türkiyə münasibətlərinə və dil, mədəniyyət və mentalitet birliyinə toxunan səfir bildirib ki, bu münasibətlər "bir millət, iki dövlət" prinsiplərinə əsaslanır. Konqresin prezidenti Aleks Şapiro- Suliman bəyan edib ki, "Azərbaycan və Türkiyəni ümumi tarix birləşdirir, bizim xalqlar əsrlərlə birgə yaşayıb-yaradıblar. Bizim ənənələrimiz, mədəniyyətimiz, dilimiz gələcək inkişaf üçün güclü əsasdır" - deyə Suliman bildirib.

Türkiyə səfiri Azərbaycanlıların Yaxın Şərq Korqresinin nümayəndələrinin türk dövlətləri və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirakını yüksək qiymətləndirib və qeyd edib ki, bu qurultay bütün türk dünyası üçün çox böyük hadisəyə çevrilib. "Bu gün Türkiyə və Azərbaycanın diaspor təşkilatları bütün ölkələrdə birgə fəaliyyət həyata keçirilər, onlan Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş fəaliyyətin qarşısını almaqda bir mövqedən çıxış edir, bir-birinin imkanlarından istifadə edir, mühüm strateji məsələlərrdə əsaslandırılmış birgə mövqe ilə çıxış edirlər" - deyə Tükiyənin İsraildəki səfiri Tan bildirib.

Bununla əlaqədar, türkiyəli diplomat qeyd edib ki, Azərbaycanlıların Yaxın Şərq Korqresini, türk dünyasının Azərbaycan və Türkiyənin maraqlarını bu strateji regionda müdafiə etməyə hazır olan həqiqi lobbisi hesab edir.

Türkiyə səfirinin fikrincə, Türkiyə və Azərbaycan nadir ölkələrdir ki, yaxşı təşkil olunmuş, böyük maliyyə imkanlarına malik olan erməni lobbisi onlara qarşı çıxış edir. "Dünya erməniləri bizə qarşı kampaniya aparır. Bizə qarşı əsassız ittihamlar, iradlar irəli sürülür, düşməncəsinə addımlar atılır ki, biz buna laqeyjd qala bilmərik. Biz buna hazır olmalıyıq. Biz öz siyasətimizi, həqiqəti, təbliğatımızı, öz qüvvəmizi buna qarşı qoymalıyıq" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti