...

Prokurorluq orqanlarında işə qəbul qaydalarına dəyişikliklər olunub

Siyasət Materials 4 Dekabr 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir K.Zərbalıyeva/ Prokurorluq orqanlarında işə qəbul qaydalarına dəyişikliklər olunub.

Bu sistemdə işləmək istəyənlər test və yazılı imtahandan ibarət müsabiqədən və söhbətdən keçməlidirlər. Bundan öncə prokurorluq orqanlarına işə qəbul test imtahanından və söhbətdən ibarət idi.

Baş Prokurorluqdan çərşənbə axşamı Trend ə bildirilib ki, müsabiqə və söhbət prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi üçün keçirilir.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Baş Prokurorluq prokurorluq orqanlarında 150 vakant yer üzrə müsabiqə elan edib.

Müsabiqə yeni qaydalar əsasında aparılacaq. İşə qəbul olunmaq istəyənlər sənədlərini dekabrın 5-dən 2008-ci il fevralın 15-dək təqdim edə bilərlər.

Namizədlərin ali hüquqi təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır.Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. İkili vətəndaşlığı olan şəxslər, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər, alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda), əvvəllər məhkum olunmuş və ya bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər, əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşların prokurorluq orqanlarına qəbuluna qanun icazə vermir.

Xəbər lenti

Xəbər lenti