...

Azərbaycanın icazəsi olmadan Rusiya Qəbələ RLS -i birgə istifadə etməyə dair qərar qəbul etməyəcək - səfir

Siyasət Materials 5 Dekabr 2007 15:42 (UTC +04:00)
Azərbaycanın icazəsi olmadan Rusiya Qəbələ RLS -i birgə istifadə etməyə dair qərar qəbul etməyəcək - səfir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın icazəsi olmadan Rusiya Qəbələ Radiolokasiya Stansiyasının (RLS) digər bir ölkəylə istifadəsinə dair heç bir qərar qəbul etməyəcək. Bu barədə jurnalistlərə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib. Moskva bu məsələ barədə Vaşinqtonla danışıqları davam etdirir və hər hansı bir qərarın qəbulundan əvvəl Azərbaycan tərəfini mütləq xəbərdar edəcək" - səfir bildirib. Rusiya Qəbələ RLS-i icarəyə götürüb. RLS Rusiyanın ballistik raketlərin buraxılmasını izləmə sisteminin əsas hissələrindən biridir. Yayın ortalarında Rusiya ABŞ-a Çexiya və Polşada Raketdən Müdafiə Sistemlərinin (RMA) qurulmasından imtina etməsi müqabilində Qəbələ RLS-dən birgə istifadə etmək barədə təklif verib. "ABŞ dəfələrlə Rusiyanın malik olduğu Radar lokasiya stansiyalarından, həmçinin Qəbələ RLS-dən məlumat almaqda maraq göstərib" - İstratov bildirib. Qəbələ RLS Azərbaycanın şimal qərbində yerləşir və sovet dövründə SSRİ-nin raketdən müdafiə sisteminin vacib elementlərindən biri kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycan daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, stansiyanı istifadə etməkdə davam edib. RLS-in icarəyə verilməsi barəsində on illik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan Parlamentinin müzakirə predmeti olub. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14.4 mln. dollara qədər artırılması barəsində məsələ qaldırıb. 2004-cü ilin sonunda Ekologiya Nazirliyi stansiyanın elektromaqnit şüalandırmasının Qəbələ və ətraf rayonlarda yaşayan əhaliyə təsirini öyrənmək üçün monitorinq keçirmək niyyətini bildirib. Müxtəlif yerli ekoloji təşkilatlar Qəbələ RLS-dən gələn elektromaqnit şüalanmasının ətraf mühitə və insan orqanizminə mənfi təsir göstərdiyini iddia edir.

Xəbər lenti

Xəbər lenti