...

Dağlıq Qarabağ nizamlanmasının prinsipləri üzərindəki iş 2008-ci ilin əvvəlində davam etdiriləcək- Lavrov

Siyasət Materials 5 Dekabr 2007 22:02 (UTC +04:00)

Dağlıq Qarabağ nizamlanmasının baza prinsipləri üzərindəki iş 2008-ci ilin əvvəlində davam etdiriləcək. Bunu bu gün Rusiya XİN başçısının rəhbəri Sergey Lavrov ermənistanlı həmkarı Vardan Oskanyanla görüşdən sonra bəyan edib.

"Mütamadi olaraq nizamlanma prosesində irəliləyişin qısa zamanda təmin edilməsinin vacibliyi ortaya çıxır, münaqişənin həll olunmamış vəziyyətdə qalmasının risklər və təhlükələrə səbəb olduğu önə çəkilir. Çənin ki, kimsə bunu inkar etsin. Lakin mən əminəm ki, münaqişənin hərbi vasitələrlə həll yolları yoxdur. Dünya birliyinin Minsk qrupu timsalındakı səyləri tərəflərin qarşılıqlı anlaşma yollarının axtarılmasında yardım məqsədi daşıyır və münaqişənin hərb yolu ilə həll variantını istisna edir"-deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, bu, Madriddə ATƏT çərçivəsində keçirilən vacib görüşdə də qeyd olunub. "Həmsədrlərin vahid mövqeyi qismində tərəflərin diqqətinə münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü və belə bir imkanlara yol açan istənilən addım və bəyanatların yolverilməzliyinin vacibliyi çatdırılıb" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti