...

Rusiyanın Azərbaycandakı səfiri Qəbələ RLS-in ABŞ tərəfindən icarəyə götürüləcəyini istisna etmir

Siyasət Materials 8 Dekabr 2007 11:12 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfiri Qəbələ RLS-in ABŞ tərəfindən icarəyə götürüləcəyini istisna etmir

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstratov Qəbələ Radiolokasiya Stansiyasından (RLS) birgə istifadə haqqında RF və ABŞ arasında danışıqların davam etdirilməsini istisna etmir. "Məndə Rusiyanın Avropadakı RƏMS-ə dair təklifinə ABŞ-ın yazılı cavabı haqqında məlumat yoxdur. Lakin mən düşünmürəm ki, Qəbələ RLS haqqında məsələni bağlı hesab etmək olar. Biz bu məsələnin ABŞ-la müzakirəsini davam etdiririk" -cümə günü rusiyalı səfir Trend ə bildirib. Çərşənbə günü RF-nin xarici işlər naziri Sergey Lavrov jurnalistlərə Rusiya tərəfinin Avropada RƏMS haqqında Rusiyanın təklifinə ABŞ-ın yazılı cavablarından məyus olduğunu bildirib. Bununla yanaşı o, əvvəllər Rusiya tərəfinin nümayəndələrinə deyilənlərdən "ciddi geri cəkilmə" baş verdiyini qeyd edib. ABŞ Vaşinqtonun İran və KXDR-i aid etdiyi "ox ölkələri" tərəfindən gələn zərbənin qarşısını almaq üçün Çexiya və Polşada RƏMS yerləşdirməyi planaşdırır. Moskva ABŞ-ın arqumentlərini inandırıcı saymır və Rusiya sərhədlərinə yaxın raket əleyhinə müdafiə sisteminin elementlərinin yerləşdirilməsini öz milli təhlükəsizliyinə hədə kimi qiymətləndirir. Rusiya ABŞ-a RƏMS məqsədi ilə Azərbaycandakı Qəbələ RLS-i və Rusiyanın cənubunda, Armavirdə tikilən raket buraxılışlarının xəbərdarlıq stansiyasından birgə istifadə etməyi təklif edir. Rusiya balisstik raketlərin izlənilməsi sisteminin əsas tərkib hissələrindən biri olan Azərbaycandakı Qəbələ RLS-i icarəyə götürüb. Yayın ortalarında Rusiya ABŞ-a Çexiya və Polşada Raketdən Müdafiə Sistemlərinin (RMS) qurulmasından imtina etməsi müqabilində Qəbələ RLS - dən birgə istifadə etmək barədə təklif verib. Qəbələ RLS Azərbaycanın şimal qərbində yerləşir və sovet dövründə SSRİ-nin raketdən müdafiə sisteminin vacib elementlərindən biri kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycan daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, stansiyanı istifadə etməkdə davam edib. RLS-in icarəyə verilməsi barəsində on illik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan parlamentinin müzakirə predmeti olub. 2006- cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14.4 mln. dollara qədər artırılması barəsində məsələ qaldırıb.

Xəbər lenti

Xəbər lenti