...

Azərbaycanın NATO-ya inteqrasiyasının səviyyəsi təkcə Azərbaycandan asılı deyil -Araz Əzimov(video)

Siyasət Materials 10 Dekabr 2007 17:11 (UTC +04:00)
Azərbaycanın NATO-ya inteqrasiyasının səviyyəsi təkcə Azərbaycandan asılı deyil -Araz Əzimov(video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycanın NATO-ya inteqrasiyasının səviyyəsi təkcə Azərbaycandan asılı deyil. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov məlumat verib. "Azərbaycanın NATO-ya inteqrasiyasının səviyyəsinə gəldikdə, üzvlüyə qəbul təkcə Azərbaycandan asılı deyil. Burada bir neçə faktora nəzər yetirmək lazımdır. NATO və Azərbaycan arasında müəyyən münasibətləri nəzərə almaq lazımdır" - o bildirib. Əzimovun sözlərinə görə, hər şey hazır olduqdan sonra, Azərbaycan üzvlük məsələsini nəzərdən keçirəcək. "Əgər üzvlük Azərbaycanın maraqlarına uyğun olmasa, biz buna yaxınlaşmayacağıq" - nazir müavini bildirib. Onun sözlərinə görə, Azərbaycan NATO ilə əməkdaşlıq edən ilk dövlətlərdəndir. "NATO və Azərbaycanın əməkdaşlığı öz yolu ilə gedir və biz bu inkişafdan razıyıq" - Əzimov bildirib.

Xəbər lenti

Xəbər lenti