...

"Əbu Bəkir" məscidinin fəaliyyəti şəffaf deyil - nazir müavini

Siyasət Materials 11 Dekabr 2007 12:12 (UTC +04:00)
"Əbu Bəkir" məscidinin fəaliyyəti şəffaf deyil - nazir müavini

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbəliyeva/ Daxili işlər nazirinin müavini "Əbu Bəkir" məscidinin fəaliyyətindən narahatdır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov çərşənbə axşamı jurnalistlərə bildirib ki, Bakıda fəaliyyət göstərən və vəhabi təriqətinə məxsus olan "Əbu Bəkir" məsçidinin fəaliyyəti şəffaf deyil. Nazir müavini qeyd edib ki, hüquq-mühafizə orqanlarının hər hansı dini ocağa birbaşa nəzarəti həyata keçirmək imkanı yoxdur.

Məcsiddə vəhabi dini cərəyanına inananlar ibadət edir. Son vaxtlar vəhabi adı altında radikal dini təqriqətlərin fəallaşması Azərbaycan hökumətində narahatlıq yaradıb. Ona görə də hüquq-mühafizə orqanları tərəfindən radikal dini təriqətlərə qarşı mübarizə gücləndirilib.

Eyvazov bildirib ki, məscid rəhbərliyi özü bu işdə maraqlı olmalı, məscidin fəaliyyəti ilə bağlı yaranan söz-söhbətlərdən narahat olmalı və dini ocaqda din adı altında başqa işlərin görülməsinə imkan verməməlidir.

"Məscid rəhbərliyi çalışmalıdır ki, ora gedən insanlar ibadətlə məşğul olsun, ekstremist qruplarla əlaqədə şübhəli bilinən insanlarla ünsiyyət qurmasınlar" deyə nazir müavini vurğulayıb. O, həmçinin respublikada ekstremist dini qruplaşmalarla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib. Onun sözlərinə görə, bu sahədə müəyyən narahatlıqlar olsa da, vəziyyət o dərəcə də gərgin deyil. O, bu işdə ictimaiyyətin köməyinə ehtiyac olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti