...

"Heydər Əliyev: şəxsiyyət və zaman" kitabının təqdimatı keçirilib

Siyasət Materials 11 Dekabr 2007 11:52 (UTC +04:00)
"Heydər Əliyev: şəxsiyyət və zaman" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Millət vəkili, yazıçı-publisist Elmira Axundova Azərbaycanın eks-prezidenti Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyət və zaman" adlı çox cildli roman-tədqiqatının çərşənbə axşamı təqdimat mərasimini keçirib. Mərasimdə nəşrlərin iki cildi təqdim olunub.

Birinci cild 1923-1969-cu illəri, 2-ci cild isə 1969-1982-ci illəri əhatə edir.

Müəllif 5 ilə yaxındır başladığı tədqiqat-araşdırmaları dövründə Heydər Əliyevin uşaqlıq, gənclik illərinə, Azərbaycanın, SSRİ-nin rəhbərliyində çalışdığı dövrə aid nadir faktları, tarixi materialları toplayıb. Həmçinin Heydər Əliyevin qohumları, yaxınları, tanınmış siyasi xadimlər, dövlət adamları ilə lentə alınmış söhbətlərii kitabda əks olunub.

Axundova Heydər Əliyevin hətta referentləri, sürücüləri, şəxsi mühafizəçiləri, həkimləri, Azərbaycan KP MK-nın və SSRİ-nin sabiq katibləri, siyasi büronun üzvləri, nazirlər, yazıçılar, bəstəkarlar, jurnalistlər - bir sözlə, 100-dən artıq insanla söhbətlər aparıb, müsahibələr götürüb.

Heydər Əliyevin həyat və fəaliyyətinin ensiklopediyasını təşkil edəcək bu layihənin 6 cildli kitabdan ibarət olması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti