...

GUAM ölkələri terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirəcək

Siyasət Materials 11 Dekabr 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / GUAM ölkələri terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin yayılmasına qarşı mübarizəni gücləndirmək niyyətindədirlər. Bu məqsələ 2008-ci il üçün təşkilati-praktik tədbirlər planı hazırlanıb. Bu barədə GUAM-ın Katibliyindən çərşənbə axşamı verilən məlumatda bildirilir.

Sənədi GUAM-ın terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin yayılmasına qarşı mübarizə üzrə işçi qrupu tərəfindən razılaşdırılıb. GUAM-ın üzv ölkələrinin hökumətləri arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair müqavilə üçün protokol razılaşdırılıb. "Nəqliyyat vasitələrinin oğurlanması, qanunsuz dövriyyəsi və ticarətinə dair məlumatların mübadiləsi qaydaları" və "Oğurlanmış və ya itirilmiş odlu silahlara dair məlumatın mübadiləsi meaxanizmi" layihələrinin realizəsi ilə bağlı razılıq əldə olunub.

İşçi qrupun və dörd işçi alt-qrupun fəaliyyəti birbaşa olaraq GUAM-ABŞ-ın çərçivə proqramının himayəsi ilə iki layihənin həyata keçirilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti