...

"Dmitriy Medvedyevin prezident seçilməsi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına şərait yaradacaq" - Parlamentin komissiya sədri

Siyasət Materials 12 Dekabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Dmitriy Medvedyev prezident seçiləcəyi təqdirdə Azərbaycanla Rusiya arasındakı hazırkı əlaqələr yüksələn xətlə inkişaf edəcək. "Azərbaycanla Rusiya arasında yaxşı əlaqələr var. Bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edib. Medvedyev prezident seçiləcəyi təqdirdə Rusiya prezidenti Putinin müəyyənləşdirdiyi siyasəti davam etdirməsi Azərbaycanın xeyrinə olacaq", çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının sədri, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupun rəhbəri Arif Rəhimzadə bildirib.

Rusiyanın hakim "Vahid Rusiya" partiyası, iqtidaryönlü "Ədalətli Rusiya", "Xalqın gücü" və "Aqrar" partiyaları 2008-ci ilin martında keçiriləcək seçkilərdə Rusiya baş nazirinin birinci müavini Medvedyevin namizədliyini irəli sürüblər. Prezident Putin də Medvedyevin namizədliyini dəstəklədiyini bildirib.

Rəhimzadə qeyd edib ki, Putin Rusiyanın inkişafı üçün böyük işlər görüb. Bu səbəbdən də Rusiya cəmiyyəti Putinin müəyyənləşdirdiyi siyasətin davam etməsini istəyir: "Ona görə də Medvedyevin prezidentliyə namizəd kimi irəli sürülməsi Putinin siyasətinin davam etməsi istəyindən irəli gəlir. Medvedyevin namizədliyinin irəli sürülməsi Rusiya üçün də yaxşı variantdır".

Xəbər lenti

Xəbər lenti