...

Erməni lobbisinin ABŞ-da göstərdiyi fəaliyyət Vaşinqtonun maraqlarına mənfi təsir göstərir- nazir müavini

Siyasət Materials 12 Dekabr 2007 18:26 (UTC +04:00)
Erməni lobbisinin ABŞ-da göstərdiyi fəaliyyət Vaşinqtonun maraqlarına mənfi təsir göstərir- nazir müavini

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Erməni lobbisinin Amerikada Azərbaycan və Türkiyə əlehinə yönəlmiş fəaliyyəti regionda Vaşinqtonun maraqlarına mənfi təsir göstərir. Belə bir fikirlə Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev çərşənbə axşamı Vaşinqtonda keçirilən "Azərbaycan-Türkiyə-ABŞ" beynəlxalq konfransında çıxış edib.

"Etnik maraqlar güdən kiçik qrupun siyasi lobbi sisteminin ABŞ kimi güclü dövlətin milli təhlükəsizliyinə və xarici siyasətinə mənfi təsir göstərməsi çox təhlükəlidir" - deyə Paşayev bildirib.

Paşayevin sözlərinə görə, bu, Amerika hökumətinin lobbi qruplarına münasibətdə qərar qəbul etməsinə səbəb olur ki, bu da, nəticədə, ABŞ üçün geosiyasi və strateji itkilərə gətirib çıxarır. "Bunun parlaq misalı "Bakı-Axalkalaki-Qars" dəmir yolunun tikintisi ilə bağlı Amerikanın siyasəti oldu. Layihənin Amerikanın xarici siyasətinin geosiyasi və iqtisadi məqsədlərinə cavab verməsinə baxmayaraq, Amerika Konqresində lobbiçilik edən antitürkiyə və antiazərbaycan qüvvələri Amerikanın bu həyat əhəmiyyətli təşəbbüsdə iştirakının qarşısını aldı" - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti