...

Prokurorluq orqanlarına yeni təyinatlar edilib

Siyasət Materials 13 Dekabr 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın prokurorluq orqanlarına yeni təyinatlar edilib. Baş Prokurorluqdan cümə axşamı Trend ə bildirilib ki, baş prokurorun əmri ilə Yusif İldırımzadə Bakının Xətai, İlqar Əliyev Daşkəsən, Seyfəddin Həsənov isə Biləsuvar rayonuna prokuror təyin olunublar.

Bu təyinatlardan öncə İldırımzadə Bakının Suraxanı rayon prokuroru, Əliyev Gəncə şəhər prokurorunun müavini, Həsənov isə Baş Prokurorluqda İdarə prokuroru işləyib.

Aqşin Ziyadov isə ikinci dəfə Nəsimi rayon prokuroru vəzifəsinə təsdiq olunub.

Bakının Nəsimi, Xətai və Suraxanı rayon prokurorlarının 5 illik səlahiyyət müddətləri başa çatdığından Baş Prokurorluq həmin rayonların prokurorlarının fəaliyyətini araşdırıb.

Nəsimi rayon prokuroru Ziyadov, Suraxanı rayon prokuroru İldırımzadə və Xətai rayon prokuroru Rəfael Əliyev 2002-ci ildə baş prokurorun əmri ilə adıçəkilən rayonlara prokuror təyin olunublar.

Azərbaycan qanunvericiliyinə görə, rayon prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar.

Xəbər lenti

Xəbər lenti