...

Gürcüstan vətəndaşları Bakıda səs verə bilərlər

Siyasət Materials 14 Dekabr 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşları 2008-ci il yanvarın 5-də Gürcüstanda keçiriləcək prezident seçkiləri zamanı ölkənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsində səs verə bilərlər. Bu barədə cümə günü səfirlikdən məlumat verilib.

Müvəqqəti olaraq Azərbaycanda yaşayan və seçkilərdə iştirak etmək arzusunda olan Gürcüstan vətəndaşları səfirliyin kosulluq xidmətində qeydiyyatdan keçə bilərlər.

Seçkilərlə yanaşı Gürcüstanın NATO-ya üzvlüyü və 2008-ci ildə parlament seçkilərinin keçirilmə müddətinə dair referendum da keçiriləcək.

Gürcüstan Parlamenti növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarı noyabrda hazırkı prezident Mixail Saakaşvilinin istefa verməsi tələbi ilə keçirilən müxalifətin kütləvi mitinqindən sonra verib.

Xəbər lenti

Xəbər lenti