...

MTN Azərbaycanda dövlətə xəyanət etmiş bir qrup şəxsi zərərsizləşdirib

Siyasət Materials 14 Dekabr 2007 15:35 (UTC +04:00)
MTN Azərbaycanda dövlətə xəyanət etmiş bir qrup şəxsi zərərsizləşdirib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) dövlətə xəyanət etmiş bir qrup şəxsi zərərsizləşdirib. MTN-in ictimaiyyətlə əlaqə şöbəsindən cümə günü Trend ə bildiriblər ki, Bakı sakinləri 1975-ci il təvəllüdlü Səid Dadaşbəyli, 1983-cü il təvəllüdlü Ceyhun Əliyev, 1983-cü il təvəllüdlü Cahangir Kərimov, 1974-cü il təvəllüdlü Mikayıl İdrisov, 1981-ci il təvəllüdlü Rasim Kərimov, 1976-cı il təvəllüdlü Rəşad Əliyev, 1979-cu il təvəllüdlü Mübariz Süleymanov, 1981-ci il təvəllüdlü Fərid Ağayev və Bəybala Quliyev, 1977-ci il təvəllüdlü Emil Möhbalıyev, 1980-ci il təvəllüdlü Zaur Orucov, 1979-cu il təvəllüdlü Samir Qocayev və Fətulla Bəbirov cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və digər ağır cinayətlərə görə təqsirləndirilən şəxs qismində istinataqa cəlb ediliblər, barələrində həbs-qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Bakıda yerləşən "Azəri M-İ Drillinq Fluids" ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycanda hakimiyyəti zorla ələ keçirib dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoyub.

O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyev ilə əlbir olub, "North İmam Mehty Army" ("İmam Mehdinin Şimal Ordusu") ingilis sözlərinin baş hərflərindən ibarət "NİMA" adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaradıb.

Əlavə məlumat hazırlanır.

Xəbər lenti

Xəbər lenti