...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 15 Dekabr 2007 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 14-də saat 12.30-dan saat 13.35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesgex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin yaxınlığındakı mövqelərini, 11.40-dan dekabrın 15-i saat 01.05-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.55-dən saat 21.20-dək Tərtər rayonu Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən, dekabrın 15-i saat 00.05-dən 01.40-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Acarlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, dekabrın 15-i saat 00.45-dən saat 06.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndlərinin yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti