...

Bu vaxtadək Azərbaycan və Britaniya parlamentləri arasında tərəfdaşlıq lazımi səviyyədə olmayıb - deputat

Siyasət Materials 16 Dekabr 2007 10:33 (UTC +04:00)
Bu vaxtadək Azərbaycan və Britaniya parlamentləri arasında tərəfdaşlıq lazımi səviyyədə olmayıb - deputat

Böyük Britaniya, London / Trend müxbir G.Əhmədova/ Bu vaxta kimi Azərbaycan-Britaniya parlamentlərarası qrupun bütün təşəbbüsləri Azərbaycan tərəfindən gəlib. İki ay əvvəl Böyük Britaniyanın Bakıdakı səfirliyində keçirilən görüşdə biz bu qrupun fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələni qaldırmışdıq və bu gün konkret dəyişiklikləri müşahidə edirik. Bunu Trend in müxbirinə Londonda səfərdə olan azərbaycanlı parlamentarilərdən ibarət nümayəndə heyətinə daxil olan Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Əsədullayev deyib.

Milli Məclis deputatlarının iki gün ərzində keçirdikləri görüşlərin yekunlarına toxunan Əsədullayev bildirib ki, iki ölkə arasında mövcud viza rejimini, konkret olaraq biometrik vizalar məsələsini, habelə Britaniya ali təhsil ocaqlarında təhsil alan tələbələrin vəziyyəti müzakirə olunacaq.

2007-ci ilin aprelin 3-dən Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları üçün biometrik vizaların verilməsinə başlayıb. Vizanın əldə edilməsi üçün biometrik informasiyanın təqdim edilməsi vacibdir. Bu proses bir neçə saniyyə çəkir- vətəndaşın barmaq izləri elektron formasında götürülür. Bəzi kateqoriyaya aid şəxslər bundan azaddır. Söhbət nazirlərdən və beş yaşına kimi olan uşaqlardan gedir.

Azərbaycan parlamentinin nümayəndə heyətinin Böyük Britaniyaya beşgünlük səfəri LİNKS təşkilatının layihəsi çərçivəsində gerçəkləşdirilir. Bu layihə ötən ilin avqustunda başlayıb.

Xəbər lenti

Xəbər lenti