Azərbaycan, Bakı/ Trend /Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən respublikada təhsilin inkişafındakı xidmətlərinə görə təhsil işçiləri Əsədov Nuşirəvan Əbdüləli oğlu və Quliyev İnqilab İsa oğlunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam verilib.
Prezident Əliyevin imzaladığı başqa bir sərəncamla Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Əminə Mədəd qızı Bayramovaya isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib.