...

Azərbaycan və Rusiya arasındakı münasibətlər dövlət başçıları tərəfindən strateji əməkdaşlıq kimi qiymətləndirilir -Azərbaycanın birinci xanımı

Siyasət Materials 20 Dekabr 2007 16:24 (UTC +04:00)
Azərbaycan və Rusiya arasındakı münasibətlər dövlət başçıları tərəfindən strateji əməkdaşlıq kimi qiymətləndirilir -Azərbaycanın birinci xanımı

Rusiya, Moskva/ Trend , müxbir R.Ağayev/ " Azərbaycan və Rusiya arasındakı münasibətlər, dövlət başçıları tərəfindən strateji əməkdaşlıq kimi qiymətləndirilir. Bu, bizim fəaliyyətimizin bütün sahələrində əməkdaşlıq etdiyimizi göstərir"-Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvada, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın baş redaktoru və naşiri olduğu "Bakı" jurnalının təntənəli təqdimetmə mərasimindən sonra Rusiya və Azərbaycanın KİV nümayəndələrinə müsahibə verəkən bildirib. Fondun prezidenti Azərbaycan və Rusiya arasındakı münasibətlərin siyasi, iqtisadi və mədəni sferalarda inkişaf etdiyini xüsusi vurğulayıb. "2005-ci il Rusiyada Azərbaycan İli, 2006-cı il isə, Azərbaycanda Rusiya İli olub. Bu mədəni mübadilə çərçivəsində Moskvada və Bakıda çoxlu sayda mədəni tədbirlər keçirilib. Bu tədbirlər sırasına konsertlər, sərgilər daxildir. Ölkələrimizi çoxillik mehriban qonşuluq və dostluq əlaqələri birləşdirir və mən çox şadam ki, bu gün bu ənənələr davam etdirilir"-Əliyeva bildirib.

Azərbaycanın turizm perspektivlərinə dair suala cavab verərkən, Mehriban Əliyeva bildirib ki, Azərbaycan unikal təbiətə malikdir. Dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycandadır. "Azərbaycanda dəniz və dağlar var. Bakı Xəzər dənizi sahilində yerləşən az paytaxtlardan biridir. Əlbəttə , bu, turizm üçün böyük imkanlar yaradır. Bizim turizm sferamız fəal inkişaf edir, otellər tikilir, turizm bazaları açılır və mən düşünürəm ki, bu sfera böyük gələcəyə malikdir. Mən inanıram ki, Azərbaycan böyük turizm sənayesi olacaq və bu, "Bakı" jurnalında öz əksini tapacaq"-birinci xanım bildirib. Mehriban Əliyeva bu yaxınlarda Moskvada, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın baş redaktoru və naşiri olduğu "Bakı" jurnalının açılış mərasimində iştirak edib. Birinci xanımın rəyinə görə, jurnal ölkələr arasındakı mədəni dialoqda böyük rol oynayacaq. "Azərbaycan bu gün çox dinamik inkişaf edən ölkədir. İqtisadiyyatın artım templərinə görə regionda liderdir və dünyada aparıcı yer tutur. Bütün bu proseslərin varlığına inanmaq üçün Bakıya gəlmək və hər şeyi gözlə görmək lazımdır. Bakıda böyük tikinti işləri gedir, körpülər ucaldılır, məktəblər tikilir və bütün tarixi abidələr restavrasiya olunur"-Mehriban Əliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti