...

Azərbaycan "Sepah"ın fəaliyyəti ilə bağlı İrandan izahat gözləyir - Azərbaycan XİN-in mətbuat katibi

Siyasət Materials 24 Dekabr 2007 14:09 (UTC +04:00)
Azərbaycan "Sepah"ın fəaliyyəti ilə bağlı İrandan izahat gözləyir - Azərbaycan XİN-in mətbuat katibi

Azərbaycan, Bakı, / Trend müxbir S.Ağayeva / Azərbaycan "Sepah"ın fəaliyyəti ilə bağlı İrandan izahat gözləyir. Azərbaycan tərəfi "Sepah"ın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən cinayətkar qrupla əməkdaqşlıq etdiyini bildirir.

"İran tərəfi bizə şərhlər verməlidir" - deyə bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə bildirib.

Dekabrın 10-da "Səidin dəstəsi" kimi tanınan (dəstənin lideri Səid Dadaşbəylinin adı ilə), Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çalışan və bu ilin yanvarında həbs olunan cinayətkar qrupa hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə cinayətkar qrupun 14 üzvünü 2 ildən 14-ilə qədər azadlıqdan məhrum edib.

Məhkəmə onları dövlətə xəyanətdə, ölkədə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda, saxta pullar hazırlamaqda və yaymaqda, narkotik vasitələr saxlamaqda və yaymaqda günahkar bilib.

"Azərbaycan tərəfi "Səidin dəstəsi"nin İranın "Sepah" xüsusi xidmət orqanları ilə əlaqələri barədə bütün məlumatları İranın Azərbaycandakı səfirinə təqdim edib" - deyə İbrahim bildirib.

Xəbər lenti

Xəbər lenti