Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən 18 siyasi partiya əməkdaşlığa dair saziş imzalayıblar. Trend in məlumatına görə, çərşənbə günü keçirilən siyasi partiyaların toplantısında 18 partiya sədri sənədə imza atıb.
Əməkdaşlıq sazişi gələn il keçiriləcək prezident seçkisi ərəfəsində siyasi partiyaların bir-birinin əleyhinə təbliğat aparmamasını nəzərdə tutur. Əməkdaşlıq sazişi imzalayan partiyalar - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Liberal Partiya, Ədalət, Böyük Azərbaycan, AMİP, Tərəqqi, Azadlıq və digər partiyalardır.