...

Azərbaycan prezidenti Bakıda yeni təmir olunmuş Kukla Teatrının açılış mərasimində iştirak edib

Siyasət Materials 26 Dekabr 2007 14:24 (UTC +04:00)
Azərbaycan prezidenti Bakıda yeni təmir olunmuş Kukla Teatrının açılış mərasimində iştirak edib

Azərbaycan, Bakı / Trend , müxbirlər Y.Əliyev, E.Hüseynov/ Dekabrın 26-da yeni təmir olunmuş Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da iştirak ediblər.

2700 m2 sahəyə malik və 200 tamaşaçı tutmaq imkanına olan teatrın binası dövlət büdcəsinin vəsaitləri hesabına təmir olunub, burada müasir işıqlandırılma və səs avadanlığı quraşdırılıb.

Dövlət başçısı Uşaq evlərindən olan tamaşaçılar qarşısında çıxış edib. "Uşaqlar bizim gələcəyimizdir" deyən prezident Əliyev gənc nəsli yaxşı oxumağa çağırıb. "Yaxşı Azərbaycan vətəndaşı olmaq üçün təhsilli olmaq lazımdır" - deyə prezident qeyd edib.

Daha sonra yazıçı Elşad Rəhmanoğlunun "Nağıllar aləmi" tamaşası nümayiş olunub. Prezident eləcə də rəssam Toğrul Nərimanbəyovun teatrın birinci mərtəbəsində nümayiş olunan pannosuna baxış keçirib.

Xəbər lenti

Xəbər lenti