...

Bakılılar Yeni İldə istifadə olunan partlayıcı vasitələr barədə nə fikirləşir

Siyasət Materials 27 Dekabr 2007 18:56 (UTC +04:00)
Bakılılar Yeni İldə istifadə olunan partlayıcı vasitələr barədə nə fikirləşir

Azərbaycan, Bakı / Trend / Hər il yeni il qabağı partalayıcı vasitələrin səsi Bakı sakinlərini narahat edir. Bu partlayıcı vasitələr, hüquq-mühafizə orqanlarının qadağasına baxmayaraq, uşaqlar üçün əyləncə olaraq qalmaqdadır və hələ də Çindən Azərbaycana idxal olunur.

Bayram ərəfəsində Trend İnformasiya Agentliyi Bakı sakinləri arasında sorğu keçirib.

Bakı sakini (57 yaş) : Partlayıcı vasitələrdən istifadə olunması uşaqlara, qocalara, xəstələrə pis təsir göstərir. Bu vasitələrin satışdan çıxarılması problemi həll etməyəcək. Valideynlər uşaqlarına bu "oyuncaq"ların mənfi təsirlərini izah etməlidirlər.

Türkiyə vətəndaşı (47 yaş): Uşaqların partalayıcı vasitələrdən istifadə etməsi insanların sağlamlığına ziyandır. Bu vasitələri satışdan çıxarmaq lazımdır. Bütün dövlətlərin paytaxtında bu vasitələri satmaq və istifadə etmək qadağan olunub. İnanıram ki, Bakı kimi gözəl şəhərdə aidiyyatı orqanlar konkret tədbirlər görəcək.

Bakı sakini (35 yaş): Mən bunun qəti olaraq əleyhinəyəm. Partlayış səsləri ətrafdakıları qorxudur. Dövlət bu kimi vasitələrin satışını qadağan etməlidir. Bu vasitələrin istifadəsinin bədbəxt hadisələr törətdiyi hallar da olub.

Bakı sakini (16 yaş): Uşaqlıqda yeni il qabağı mən də uşaqlarla partlayıcı vasitələrdən, pitardlardan istifadə edərdim. İndi isə buna çox mənfi yanaşıram. Amma mənə elə gəlir ki, ildə bir dəfə yeni il ərəfəsi uşaqlara bunlardan istifadə etməyə icazə vermək olar.

Bakı sakini (24 yaş): Mən partlayıcı vasitələrin qəti əleyhinəyəm. Bu, insanları qorxudur və narahat edir, yaxşı olardı ki, bu vasitələrin satışı ləğv olunsun.

Bakı sakini (33 yaş): - Şaxta Baba: - Mən bunun əleyhinə deyiləm. Əksinə, bu, yeni il qabağı çox yaxşıdır. Hiss olunur ki, bayram yaxınlaşır.

Bakı sakini (56 yaş): Buna çox pis yanaşıram. Dünən ayağımın altında partlayıcı vasitə partlayanda az qalmışdı ürəyim dayansın.

Bakı sakini (Şəkidən qonaq): Mənfi yanaşıram. Partlayış səsləri qocaları, balaca uşaqları, xüsusilə də hamilə qadınları qorxudur.

Bakı sakini (14 yaş): Partlayıcı vasitələrdən yeni il gecəsi istifadə olunması nəzərdə tutulub. Bayrama bir neçə gün qalmış uşaqlar bu vasitələrdən istifadə etməməlidirlər. Belə vasitələrdən isitifadə edən uşaqlara məsləhət görərdim ki, partayıcılardan adamların sıx olduğu yerdə istifadə etməsinlər.

Bakı sakini (58 yaş): Məncə, Yeni il ərəfəsində partlayıcı vasitələrdən istifadə olunması gənclər üçün bir əyləncədir, çünki bundan yaxşı bayram yoxdur. İldə bir dəfə uşaqlara, insanları qorxutmadan, bu vasitələrdən istifadə etməyə imkan vermək olar. Bundan yalnız əsəbləri yerində olmayanlar narahat olur.

Xəbər lenti

Xəbər lenti