...

Azərbaycan Prezidenti İlham Əliyev Kuba və Sudan dövlətlərinin başçılarını təbrik etdi

Siyasət Materials 31 Dekabr 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kubanın milli bayramı - Azadlıq günü münasibətilə Kuba Respublikasi Dövlət Şurasının və Nazirlər Şurasının sədri Fidel Kastronu və kuba xalqını təbrik edib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri əməkdaşlıq imkanlarının genişlənməsi üçün daim möhkəm zəmin olacaqdır.

*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının Milli bayramı - Müstəqillik günü münasibətilə Prezident Ömər Həsən Əhməd əl-Bəşirə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Sudan arasında münasibətlər dostluq və əməkdaşlıq istiqamətində öz inkişafını davam etdirəcəkdir.

Xəbər lenti

Xəbər lenti