Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ "Sağçı müxalifət"dən olan prezidentliyə namizəd David Qamkrelidze Gürcüstanda pezident seçkilərinin ikinci mərhələsinin keçiriləcəyinə əmindir. №9-li seçki məntəqəsində səs verən zaman Qamkrelidze bildirib ki, "mən ikinci tura gedəcəyəm və orada qələbə qazanacağam".
Gürcüstan prezidentliyinə namizəd məntəqədə öz oğlu ilə səs verib. "Mən ölkədə mövcud bütün problemləri həll etməyə hazıram" - deyə o bildirib. Qamkrelidze Gürcüstan xalqının "ağıllı qərar" qəbul edəcəyinə və "layiqli şəxsiyyət"i prezident seçəcəklərinə ümid etdiyini bildirib.
Seçkilər zamanı qanun pozuntularına gəldikdə isə prezidentliyə namizəd bildirib ki, pozuntu olduqca çoxdur və onun pozuntulara dair qərargahı bu barədə hər saat məlumat verəcək. "Xüsusilə Gürcüstan-Osetiya münaqişəsi zonasında yerləşən Liaxvsk dairəsində xeyli qanun pozuntusu mövzuddur" - deyə o qeyd edib. Kimə səs verdiniz sualına isə Qamkrelidze "əlbbəttə ki özümə" cavabını verib.