Azərbaycan, Bakı / "Trend , müxbir R.Hafizoğlu/ İsrailin Bəş naziri Ehud Olmert ilə Fələstin prezidenti Mahmud Abbasın görüşü,sülh danışıqlarının davamıdır və ABŞ prezidenti Corc Buşun regiona səfərinə hazırlıq xarakteri daşıyır - deyə "Fəth" təşkilatının spikeri Fəhmi Zəarir bildirib.
İsrailin Baş naziri ilə Fələstin prezidenti bu qün Qüdsdə görüşəcəklər.
Çərşənbə axşamı Zəarir Fələstindən Trend ə telefonla bildirib ki, İsrail və Fələstin rəsmilərinin mütəmadi görüşləri hər iki tərəf üçün qaranlıq qalan məqamlara aydınlıq gətirilməsində çox mühümdür. Bu görüş, bundan əvvəlki digər görüşlər kimi, Anapolis toplantısının davamıdır və 2008-ci ilin sonuna qədər sülh danışıqları davam etdiriləcək - deyə o əlavə edib.
Zəarir, İsrailin Fələstin ərazisində hərbi əməliyyatları davam etdirməsinə baxmayaraq, sülh danışıqlarına ümidli olduğunu bildirir. "İsrailin Əsqalan məntəqəsinə atılan "katyuşa" tipli raketlərin Livan ərazisindən atıldığı təsdiq edilsə də, İsrail Fələstin ərazilərindəki hərbi əməliyyatlara son qoymur. İstər "Həmas", istərsə də, "Fəth" təşkilatı üçün İsrail işğalçı dövlətdir. "Fəth"in İsrail ilə danışıqlar masasına oturması bizim problemin həllini tək silah gücü ilə deyil, sivill yolla da həll etməyə hazır olduğumuzu bildirir.İsrail tərəfindən davam etdirilən hərbi əməliyyatlar,İsrailin sülh danışaqlarında nə qədər səmimi olmasının göstəricisidir."-deyə ekspert bildirib.