...

Madriddə ilk dəfə rəsmən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflər təqdim olunub - ATƏT-in Minsk qrupunun fransalı həmsədri (video)

Siyasət Materials 14 Yanvar 2008 02:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Madriddə ilk dəfə rəsmən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflər təqdim olunub. Bu barədə yanvarın 13-də Heydər Əliyev adına Hava Limanında jurnalistlərə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye məlumat verib. Dağlıq Qarabağ danışıqlarının tarixində ilk dəfə ATƏT-in Minsk qrupunun üç həmsədr-ölkəsinin XİN təmsilçiləri eyni vaxtda münaqişənin nizamlanması ilə bağlı rəsmi təkliflər təqdim ediblər. Fasyenin sözlərinə görə, bu təkliflər hər iki tərəf üçün pozitiv xarakter daşıyır. "Heç bir tərəf istədiklərinin hamısını ala bilmir" - deyə o vurğulayıb.

Bununla yanaşı diplomat qeyd edib ki, hazırda hər iki tərəfin vaxtı var, onlar bundan yararlanmalı və təqdim olunan təklifləri qiymətləndirməlidirlər.

Fasye həmçinin əlavə edib ki, yanvarın 16-da həmsədrlərin iştirakı ilə qoşunların təmas xəttində monitorinq gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti