...

Azərbaycanın İraqdakı zabitləri ABŞ hərbi qüvvələri tərəfindən təltif olunublar

Siyasət Materials 14 Yanvar 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın İraqdakı sülhməramlı bölüyünün 4 zabiti nümunəvi xidmətinə görə "ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət" medalı ilə təltif olunub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri mayor Hüseyn Daşdəmirov, kapitanlar Nəsimi Cavadov və Əlizamin Kərimov, baş leytenant Abdulla Abdullayev göstərişləri peşəkarlıqla yerinə yetirdiklərinə görə təltif olunublar.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sühməramlı tabur yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.

Məlumata görə, həmin zabitlər NATO və Çoxmillətli Qüvvələrin rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti