...

İraqda xidmətlərini başa vuran Azərbaycan sülhməramları vətənə qayıdıblar

Siyasət Materials 23 Yanvar 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir İ.Əlizadə/ İraqda xidmətlərini başa vuran Azərbaycan sülhməramlıları vətənə qayıdıblar.

Çərşənbə günü vətənə qayıdan 92 südhməramlının 12-i zabit, 80 nəfəri əsgərdir. Azərbaycan sülhməramlıları İraqın Əlambar şəhərində yerləşən su- elektrik stansiyasının və orada xidmət edən koalisiya qüvvələrinin mühafizəsini təmin ediblər. Azərbaycana qayıdan sülməramlıları əvəz edəcək kontinget bir müddət əvvəl İraqa gedib.

Azərbaycana qayıdan südhməramlı bölüyün komandir müavini kapitan Hüseyn Daşdəmirov bildirib ki, koalisiya qüvvələrinin komandanlığı Azərbaycan sülhməramlılarının xidmətini yüksək qiymətləndirir və dəfələrlə Azərbaycan əsgərlərini nümunəvi xidmətə görə medallarla təltif ediblər.

Azərbaycan sülhməramlılarının 3 zabiti ABŞ-ın "Marinkourt" medalı ilə, 16 nəfər əsgəri isə nümunəvi xidmətə görə medallarla təltif ediliblər.

Daşdəmirov qeyd edib ki, Azərbaycan sülhməramlıları xidmət müddətində hər hansı ciddi problemlə üzləşməyiblər.

Xəbər lenti

Xəbər lenti