...

Azərbaycan və Ukrayna prezidentləri Davosda görüşüblər

Siyasət Materials 24 Yanvar 2008 15:05 (UTC +04:00)

İsveçrə, Davos, 24 yanvar/ Trend , müxbir S.Seyidov/ Cümə axşamı İsveçrənin Davos şəhərciyində keçirilən Dünya İqtisadi Forumunda işitrakları çərçivəsində prezidentlər İlham Əliyev və Viktor Yuşşenko Azərbaycan və Ukrayna arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd ediblər.

Ukrayna prezidenti Əliyevi ölkədə gedən proseslər haqqında məlumatlandırıb, tərəflər iki ölkənin strateji əməkdaşlığının gələcəyi və yeni layihələr haqqında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti