...

Konqresmen Azərbaycanı dəstəkləyib

Siyasət Materials 5 Fevral 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Ramazanova / ABŞ Konqresində Azərbaycan üzrə İşçi qrupa daha bir konqresmen - Rendi Kuhl qatılıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilib.

Kuhl 2004-cü ildən Nümayəndələr Palatasında Nyu York ştatının 29-cu seçki dairəsini təmsil edir. Konqresmen Palatanın Kənd Təsərrüfatı, Təhsil və Əmək, Nəqliyyat və İnfrastruktur komitələrinin üzvüdür.

Ötən il o, ABŞ Konqresinin müzakirəsinə təqdim olunan "erməni soyqırımı" haqda qətnamə layihəsinin müəllifləri siyahısından öz adını çıxarıb.

Bu yaxınlarda İşçi qrupa daha iki konqresmen daxil olub - Henri Braun (Şimali Karolina ştatı) və Mayk Konnovey (Texas). Hazırda Kuhlla birgə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi qrupunun üzvlərinin sayı 31 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti