...

İtkin düşmüş 783 Azərbaycan vətəndaşı Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılır-nazir

Siyasət Materials 6 Fevral 2008 18:17 (UTC +04:00)
İtkin düşmüş 783 Azərbaycan vətəndaşı Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılır-nazir

Azərbaycan, Bakı, 06 fevral / müxbir E.Hüseynli/ Hazırda itkin düşmüş 4354 Azərbaycan vətəndaşından 783 nəfərinin əsir və girov kimi, Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılması barədə əsaslı məlumatlar var,- çərşənbə günü Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanı qəbul edən milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov bildirib.

Nazir Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını və nəticədə, çox böyük fəsadlarla üzləşdiyini deyib və ən başlıca problemlərdən birinin itkin düşmüş şəxslər və onların taleyi ilə bağlı məsələ olduğunu bildirib.

Mahmudov, Əsir və iktin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, yarandığı ilk gündən etibarən, bu problemlə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Nazir bu sahədə ən böyük çətinliyin işğal faktoru olduğunu, bəzi hallarda beynəlxalq hüquq normalarının pozularaq, əsir və girov götürülmüş şəxslərin Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi tərəfindən beynəlxalq təşkilatlardan gizlədildiyini bildirib.

Görüşdən sonra AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Herkel və Jivkova, habelə onları müşayiət edən nümayəndələr MTN-nin İstintaq Təcridxanasında monitorinq aparıblar. Xarici qonaqlar burada avadanlıqlarla təchiz olunmuş həkim-müayinə otağı, sanitar-gigiyenik otaqları, idman zalı, kitabxana, kameralar, saxlanılanların gəzinti yeri, camaşırxana və mətbəx ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti