...

NATO Balkanların Avroatlantik məkana inteqrasiyasını vacib hesab edir – NATO PA-nın prezidenti

Siyasət Materials 8 Fevral 2008 19:22 (UTC +04:00)
NATO Balkanların Avroatlantik məkana inteqrasiyasını vacib hesab edir – NATO PA-nın prezidenti

Azərbaycan, Bakı, 08 fevral / " müxbir K.Ramazanova / NATO Balkanların Avroatlantik məkana inteqrasiyasını vacib hesab edir.

"Alyans, Balkanların sabitləşməsində fəal rol oynayıb və aydındır ki, region ölkələrinin Avroatlantik məkana tam inteqrasiyası üçün daha çox səy göstərilməlidir", - cümə günü NATO Parlament Assambleyasının prezidenti Jose Lello Brüsseldən telefonla Trend ə müsahibəsində deyib.

Beynəlxalq vasitəçilərin Kosovo məsələsində səylərinin nəticəsiz olduğunu bəyan etmələrini şərh edən Lello, PA, NATO və digər beynəlxalq təşkilatlarla yanaşı, Kosovoya onun statusunun təyin olunmasından sonra da kömək edəcəyini qeyd edib.

Böyük Britaniya, ABŞ və Fransanın simasında beynəlxalq vasitəçilərin "Üçlüyü" dekabrda Serbiya və Kosovo ilə aparılan danışıqlardan sonra, BMT-nin Təhlükəsizlik Şurasına məruzə təqdim edib.

Sənəddə tərəflərin ölkənin statusuna dair anlaşma əldə etmədikləri təstiq edilib. Priştina həmişəki kimi Kosovonun müstəqilliyini, Belqrad isə yalnız Serbiya tərkibində geniş muxtariyyət verilməsini təkid edir.

Lellonun sözlərinə görə, NATO Parlament Assambleyası danışıqların beynəlxalq formatını israrla dəsdəkləyir. Onun fikrincə, bu kontekstdə BMT Təhlükəsizilik Şurasının yeni qərarı yekun razılığın təyin edilməsinin ən yaxşı üsulu ola bilər.

"Biz Rusiyanın, Priştina və Belqrad arasında özlərinin qəbul etmədiyi hər bir qərara veto qoyacağı bəyanatından xəbərdarıq" -Lello deyib.

Rusiya, Kosovoya Serbiyanın razılğı olmadan faktiki müstəqilliyin verilməsinə qarşı çıxır. Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin Amerika layihəsinin əsas çatışmazlığını hər sətirdən bir "Kosovo müstəqilliyi" oxunmasında görür.

Kosovo, ölkənin müstəqilliyini Avropa İttifaqna üzv ölkələrlə, Kosovodakı beynəlxalq administrasiya və ABŞ-la əməkdaşlıq və koordinasiyada elan etmək niyyətindədir.

Lellonun sözlərinə görə, NATO üzvləri arasında razılıq var ki, ona əsasən, danışıqların nəticəsi hər tərəf üçün qəbul edilən və kompromis qərar olmalıdır. "Biz beynəlxalq vasitəçilərin çətin vəziyyətlərə düşdüklərini, tərəflərin razılıq əldə etməsində onların gücünü başa düşürük", - Lello deyib.

O qeyd edib ki, Assambleyanın bəzi üzvləri problemin həlli axtarışının mühümlüyünü qeyd edirlər, çünki onlar hazırki status-kvonun ümidsiz olduğunu və gələcək ləngimələrin regionda tühlükəsizliyə mənfi təsir göstərə biləcəyini hesab edirlər.

1999-cu ildən Kosovo formal olaraq Serbiyanın tərkibindədir və BMT tərəfindən idarə olunur. Kosovo albanları bu ölkənin müstəqilliyini tələb edirlər. Qərb Kosovonun müstəqilliyini tanımağa hazır olduğunu bildirib. Lakin Belqrad yalnız muxtariyyat verməyə hazırdır. Rusiya Belqradın, BMT-nin Nizamnaməsini pozaraq, sərhədlərin yenidən bölünməsini istisna edən mövqeyini dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti