...

Azərbaycan prezidenti Tacikistanın iqtisadi inkişaf və ticarət nazirini qəbul edib

Siyasət Materials 13 Fevral 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistanla Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri Bobozoda Qulomconun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qulomcon bildirib ki, Azərbaycan və Tacikistan Prezidentlərinin görüşlərindən irəli gələn vəzifələrə uyğun olaraq, ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın işçi qrupu artıq işə başlayıb və Bakıda bir sıra məhsuldar görüşlər keçirib. Qonaq növbəti iclasın bu il Düşənbə şəhərində keçiriləcəyi barədə Prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı Tacikistan prezidenti ilə görüşündə ikitərəfli ticarət dövriyyəsinin səviyyəsinin artırılması və uzunmüddətli iqtisadi əlaqələrin qurulması kimi mühüm məsələləri müzakirə etdiklərini deyib. Prezident Əliyev Bakıda keçirilən birgə Hökumətlərarası Komissiyanın işçi qrupunun iclasının işə başlamasının iqtisadi əməkdaşlığımızın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti