...

Azərbaycan prezidentinin Macarıstana səfərinə hazırlıq gedir

Siyasət Materials 13 Fevral 2008 16:12 (UTC +04:00)
Azərbaycan prezidentinin Macarıstana səfərinə hazırlıq gedir

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan XİN-nin nümayəndə heyəti Budapeştdə Azərbaycan prezidentinin Macarıstana qarşıdakı rəsmi səfəri ilə əlaqədar məsələləri razılaşdırır.

Azərbaycanın Macarıstandakı səfirliyindən çərşənbə günü telefonla verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin səfəri fevralın 18-19 -na təyin olunub.

Səfər zamanı ikitərəfli və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır. Ekspertlər danışıqlar proqramı və gündəliyi razılaşdırır, imzalanacaq sənəd layihələri üzərində işi başa çatdırmaq üzrədirlər. Azərbaycan hökumətindən bildiriblər ki, müqavilə layihələri arasında iqtisadiyyat, bank sahəsi, ikiqat vergiqoymadan yayınma və digər sahələri əhatə edən sənədlər var.

Xəbər lenti

Xəbər lenti