...

Fransa və Azərbaycan XİN rəhbərləri Parisdə aktual məsələləri müzakirə ediblər

Siyasət Materials 14 Fevral 2008 23:10 (UTC +04:00)
Fransa və Azərbaycan XİN rəhbərləri Parisdə aktual məsələləri müzakirə ediblər

Fransa, Paris, 14 fevral / Trend müxbir A.Məhərrəmli/ Azərbaycan və Fransa XİN başçılarının Paris görüşünün əsas müzakirə mövzularından biri Avropa Birliyi ilə enerji sahəsindəki əməkdaşlıq məsələləri olub. "Fransa ilə Azərbaycan arasındakı əməkdaşlıq yaxşı səviyyədədir. Enerji mənbələrinin diversifikasiyası məsələləri Fransanın iyulun 1-dən Avropa Birliyində başlayacaq sədrliyi dönəmində prioritet xarakter daşıyacaq", - deyə Fransa XİN başçısı Bernar Kuşner cümə axşamı Parisdə deyib.

Elmar Məmmədyarovla görüş zamanı fransalı nazir Bakı ilə Yerevan arasında Qarabağ danışıqlarının davam etdirilməsini alqışlayıb. Bu barədə Trend ə Fransa XİN-in mətbuat xidmətindən məlumat veriblər. "Ermənistan və Azərbaycanda bu il prezident seçkilərinin keçiriləcəyinə baxmayaraq danışıqların davam etdirilməsi yaxşı siqnaldır", - deyə Kuşner görüş zamanı söyləyib.

Fransalı nazir danışıqlar prosesinin ötən ilin noyabrında Madriddə ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərə təqdim etdiyi sənədin prinsipləri əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

Fransa gələcəkdə də Qarabağ danışıqlarının gedişatını diqqətlə izləmək niyətindədir, - deyə Kuşner əlavə edib.

Görüş zamanı həmçinin Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələlər müzakirə olunub. Kuşner Azərbaycanın Avropa Şurası və ATƏT-lə bu məsələlərlə bağlı əməkdaşlığının önəmliliyini və Fransanın bu məsələyə verdiyi əhəmiyyəti önə çəkib - deyə Trend ə Fransa XİN-in mətbuat xidmətindən bildiriblər.

Görüşdə həmçinin ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye iştirak edib.

Xəbər lenti

Xəbər lenti