Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev Malayziyaya rəsmi səfər edəcək.
"Malayziya kralı Sultan Mizan Zeynal Abidin Azərbaycan prezidentini ölkəsinə dəvət edib" - deyə cümə günü Trend ə Kuala-Lumpurdan Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov məlumat verib.
Cümə günü səfirin kral ilə görüşü keçirilib. Görüş zamanı siyasi, iqtisadi və mədəni sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf məsələləri üzrə fikir mübadiləsi aparılıb. Səfir bildirib ki, görüşdə tərəflər əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə ediblər.
Azərbaycanın Malayziyadakı səfirliyi 2006-cı ildə açılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : seba