...

Azərbaycan Macarıstana öz strateji tərəfdaşı kimi baxır – İlham Əliyev

Siyasət Materials 18 Fevral 2008 18:59 (UTC +04:00)
Azərbaycan Macarıstana öz strateji tərəfdaşı kimi baxır – İlham Əliyev

Macarıstan, Budapeşt, 18 fevral / müxbir Y.Hüseynov/ Azərbaycan Macarıstana öz strateji tərəfdaşı kimi baxır. Bu barədə bazar ertəsi Azərbaycanın prezidenti İlham Əliyev Budapeştdə mətbuat konfransında bildirib.

Dövlət başçısı macarıstanlı həmkarı Laslo Şoyonla birgə birifinqdə ikitərəfli münasibətlərin səviyyəsindən razılıq ifadə edib. İlham Əliyev Budapeştin Aİ-nin Avropa Qonşuluq Siyasəti üzrə Azərbaycana dəstək göstərməsini xüsusi vurğulayıb. O, həmçinin, iqtisadiyyat və energetika sahələrində ikitərəfli əlaqələrin yüksək potensialını qeyd edib.

Azərbaycan prezidenti macarıstanlı həmkarını dövlət səfəri ilə Bakıya dəvət edib.

Azərbaycanlı lider ikigünlük dövlət səfəri ilə Macarıstandadır. İki ölkə arasında yüksək səviyyədə keçən danışıqların yekunları üzrə bu gün dörd sənəd imzalanıb. Bundan əlavə, səfər proqramında bazar ertəsinə Budapeştin Korvinus Universitetinə səfər nəzərdə tutulub. Burada prezidentə fəxri doktor adı təqdim ediləcək.

Səfərin ikinci günü-çərşənbə axşamı İlham Əliyev Azərbaycan-Macarıstan biznes - forumunda iştirak edəcək, parlamentin spikeri və Baş nazirlə görüş keçirəcək, Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti