...

Serbiya Kosovonun müstəqilliyinin tanınmasının qarşısını almaq üçün bütün vasitələrə əl atacaq – XİN başçısı

Siyasət Materials 20 Fevral 2008 18:11 (UTC +04:00)
Serbiya Kosovonun müstəqilliyinin tanınmasının qarşısını almaq üçün bütün vasitələrə əl atacaq – XİN başçısı

Fransa, Strasburq, 20 fevral / Trend , müxbir A.Məhərrəmli / Serbiya Kosovonun müstəqilliyinin tanınmasının qarşısını almaq üçün bütün vasitələrdən, o cümlədən siyasi, hüquqi, diplomatik və iqtisadi vasitələrdən istifadə etmək niyyətindədir. Bu barədə çərşənbə günü Serbiyanın xarici işlər naziri Vuk Yermiç Avropa Şurasının binasında mətbuat konfransında bəyan edib.

Bazar günü Kosovo parlamenti ölkənin müstəqilliyi haqqında Bəyannaməni yekdil səslə təsdiq edib. Belqrad, ölkənin müstəqilliyini təsirsiz elan edən aktı tanıyıb və beynəlxalq birliyi, onu, "beynəlxalq hüquqa zidd olduğundan, ləğv etməyə" çağırıb. İyirmidən artıq ölkə, o cümlədən ABŞ Kosovonun müstəqilliyini artıq tanıyıb.

Bir neçə Avropa ölkəsi birtərəfli qaydada Serbiyanın ərazi bütövlüyünün pozulması haqqında qərarı qəbul edib, - Yeremiç deyib və əlavə edib ki, Serbiya bu dövlətlərlə əməkdaşlığı davam etdirə bilməyəcək. Nazirin sözlərinə görə, Avropa İttifaqının bəzi ölkələri tərəfindən Kosovonun müstəqilliyinin tanınmasına baxmayaraq, Serbiya bu beynəlxalq təşkilatla əməkdaşlığını davam etdirmək niyyətindədir.

Yeremiç Kosovonun Avropa İttifaqına qəbul edilməsinə qarşı çıxıb. "Oxşar cəhdlər mövcud olsa, Serbiya qətiyyətlə buna qarşı çıxacaq", - o deyib. Kosovonun Avropa İttifaqına qəbulunun bəyənilməsi, Türkiyə Şimali Kipr Respublikası, Dnestryanı, Abxaziya və digər ölkələr kimi münaqişə zonalarının oxşar müraciətinə gətirə bilər, - Serbiya XİN başçısı əlavə edib.

Kosovoda təxminən iki mln. nəfər yaşayır, əhalinin 90 faizini ölkənin müstəqilliyinin lehinə çıxan etnik albanlar təşkil edir. Baxmayaraq ki, Kosovo formal olaraq Serbiyanın tərkibindədir, 1999 - cu ildən BMT tərəfindən idarə olunur. 2008-ci il fevralın 4 - də Avropa İttifaqı Kosovoya 1,8 min nəfərlik polis-inzibati missiyanın göndərilməsinə razılıq verib. Missiya bu regionda olan "mavi dəbilqəliləri" əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti