...

Azərbaycanın xarici işlər naziri Stiven Mənni qəbul edib

Siyasət Materials 25 Fevral 2008 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ Trend Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənni qəbul edib.Bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və Xəzər dənizi hövzəsindən enerji daşıyıcılarının Avropaya nəqlində Azərbaycanın tranzit ölkə kimi rolu haqda fikir mübadiləsi aparıblar.

Görüşdə o da qeyd olunub ki, enerji bazarı genişlənsə və bazarda dominant yer neftə məxsus olsa da, gələcəkdə mayeləşdirilmiş təbii qazın əhəmiyyətinin artacağı da gözlənilir.

Qonaqla qarşılıqlı maraq doğuran bir sıra başqa məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti