...

Azərbaycan Prezidenti Ilham Əliyev Polşa Senatinin marşali Boqdan Boruseviç ilə görüşü

Siyasət Materials 26 Fevral 2008 23:38 (UTC +04:00)

Polşa, Varşava. 26 fevral / Trend / Fevralın 26-da Polşaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev Varşavada Polşa Senatının marşalı Boqdan Boruseviç ilə görüşü oldu. Görüşdə Azərbaycanın və Polşanın parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq məsələlərdə mövqelərimizin yaxın olduğu bildirildi. Parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.

Əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində bu cür səfərlərin əhəmiyyəti vurğulandı, iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Parlament səviyyəsində əməkdaşlığın Avropanın parlament strukturları, eləcə də Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlarla əlaqələrin genişlənməsi işinə xidmət etdiyi bildirildi.

Görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Xəbər lenti

Xəbər lenti