...

Azərbaycan Prezidenti Ilham Əliyev Polşada naməlum əsgərin məzarini ziyarət etdi

Siyasət Materials 26 Fevral 2008 23:43 (UTC +04:00)

Polşa, Varşava. 26 fevral / Trend / Fevralın 26-da Polşaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev Varşavanın Pilsudski meydanında naməlum əsgərin məzarını ziyarət etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev Polşanın bütün tarixi ərzində öz azadlığı uğrunda apardığı müharibələr zamanı verdiyi qurbanların xatirəsini ehtiramla yad etdi, abidə önünə əklil qoydu.

Sonra dövlətimizin başçısına abidə kompleksi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, abidə kompleksi Polşanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş insanların şərəfinə ucaldılmışdır.  

Xəbər lenti

Xəbər lenti