...

Azərbaycanın iqtidaryönlü partiyalarının Məşvərət Məclisinin sədrliyi hakim partiyaya keçib

Siyasət Materials 28 Fevral 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir Q.Cəbiyev/ İqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyi hakim Yeni Azərbaycan Partiyasına (YAP) keçib. Bu barədə fevralın 28-də Məşvərət Məclisinin keçirilən toplantısında qərar çıxarılıb.

Məşvərət Məclisi 1998-ci il prezident seçkisi zamanı iqtidarın namizədi Heydər Əliyevi dəstəkləmək üçün yaradılıb.

8 iqtidaryönlü Yeni Azərbaycan (YAP), Ana Vətən (AVP), Sosial Rifah (SRP), Demokratik Maarifçilik (DMP), Respublikaçılar (RP), Demokratik Azərbaycan Dünyası (DADP), Milli Dövlətçilik (MDP) və Azərbaycan Naminə Alyans (ANAP) partiyalarının cəmləşdiyi qurumun fəaliyyəti 2003-cü il prezident seçkisindən sonra aktiv siyasətdə görünmürdü.

İclasda iştirak edən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cümə axşamı Trend -a bildirib ki, MM-nin sədrliyinin YAP-a keçməsini quruma üzv olan bütün partiyalar dəstəkləyib. Ağamalı hesab edir ki, YAP-ın sədrliyi dövründə qurumun fəaliyyəti güclənəcək və aktiv siyasətlə məşğul olacaq.

Məşvərət Məclisinin sədrliyini Demokratik Azərbaycan Dünyası Partiyası həyata keçirirdi. DADP sədri Məmməd Əlizadə fevralın əvvəllində Tren News-a qurumun fəaliyyətinin zəif olmasını təşkilatlanma işinin olmaması ilə izah edib.

Xəbər lenti

Xəbər lenti