...

Hakim partiyanın mətbu orqanının baş redaktoru vəzifəsindən uzaqlaşdırılıb (yenilənib)

Siyasət Materials 28 Fevral 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.İlhamqızı/ "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Partiyadan bildirilib ki, YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında "Yeni Azərbaycan" qəzetinin fəaliyyəti təhlil edilib. Müzakirələr zamanı yekdil qərara gəlinib ki, Alqış Həsənoğlunun qəzetin baş redaktoru kimi fəaliyyəti qeyri-qənaətbəxşdir. Ona görə də Həsənoğlunun tutduğu vəzifədən azad edilməsi barədə qərar çıxarılıb.

"Yeni Azərbaycan" qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır.

Alqış Həsənoğlu 2000-2005-ci illərdə Milli Məclisin deputatı ,11 il "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olub.

Xəbər lenti

Xəbər lenti